Logo

Bu şəxslər dövlət qulluğuna qəbulda müsabiqə mərhələlərinin əksəriyyətindən azad olunublar

07.06.2023 16:24 247 baxış
IMG

İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin siyahısı genişləndirilib.

Tehsil.biz xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, siyahıya idman sahəsi üzrə yeni vəzifə əlavə olunub.

Bu, idman sahəsində seleksiya üzrə baş mütəxəssis vəzifəsidir.

Xəbər lenti