Logo

Məktəbli qızlar intihar edib, yoxsa selfi çəkərkən yıxılıblar? - AÇIQLAMA

11.03.2021 19:50 1144 baxış
IMG

Martın 9-da Abşeron rayonunun Qobu qəsəbəsində 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızının intihar etməsi barədə aidiyyatı dövlət qurumları ilə birlikdə müvafiq işlər aparılır.

 

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

 

O bildirib ki, komitənin əməkdaşları hadisə baş verən gün hər iki yeniyetmənin ailəsi ilə görüşüblər.
 

“Məsələnin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırılma aparılır. Yeniyetmələrin valideynləri, müəllimi danışıb. Ailənin komitənin əməkdaşlarına verdiyi məlumata görə, qızların selfi çəkərkən yıxılması ehtimal edilir. Eyni zamanda, onların sosial vəziyyətləri də pis olmayıb ki, buna görə intihar etsinlər. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır”, - deyə komitə rəsmisi vurğulayıb.

 

Azvision.az

Xəbər lenti