Logo

Xalq artistinə vəzifə verilib

07.06.2023 23:14 382 baxış
IMG

Məşhur xanəndə Səxavət Məmmədovun qardaşı, Xalq artisti Firuz Səxavət yüksək vəzifəyə təyin olunub.

​​​​​Tehsil xəbər verir ki, Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) müvafiq əmrlə, Ağdam musiqi kollecinin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir müddət öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib.

Xəbər lenti