Dünyanın tarixini yazan və yaradanlar isə insanlardır. İnsanların həyatı,taleyi,fəaliyyəti,məqsəd və vəziffələri qeyri adiliklə zəngin olur. Bəzən isə bu şəxsiyyətləri bir-biri ilə müqayisə etmək və fərqləndirmək lazım gəlir.Bəzən insanlar cismən yaznımızda olmasa belə,onları tarix yaşadır.
Dünyada tarix yazanların sayı azdır. Çünki, tarix yaratmaq,tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.Hər bir xalq uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş ölkəsinin adını həm milli,həm də bəşər tarixinə şərəflə həkk etmiş,əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlər qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahilər çox deyil. Xoşbəxt o xalqdır ki,Vətənə sevgisi,xalqı ehtiramı,dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan zəkası dühası və istedadı ilə dünyada tanınan,bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyətləri var. Ümummilli Lider Heydər Əliyevdə məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladı olmuşdur. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.Güllü-çiçəkli bir bahar fəslində ailəsinin həyatına nur saçan bu balaca körpə kim bilərdi ki,zaman-zaman bütöv Azərbaycanın üzərinə doğulan bir günəş olacaq.Heydər Əliyevin həyatını,yaradıcılığını,qəhramanlıq anlarını,tarix yaratmağ bacarığı haqqda çox danışmaq olar.Heydər Əliyevin mənalı həyatının hər günü,hər anı unudulmaz tarixdir.İlk olaraq o,öz həyatının tarixini yaradıb.Əgər Ulu Öndər həyat yolunu düzgün seçib istiqamətləndirməsə idi özünün şəxsi ailə və cəmiyyət həyatında mövqeyini qiymətləndirməsə idi,bu yolda qətiyyətli addımlar atmasaydı o,xalqın sevgisini qazanıb insanların qəlbində əbədiləşə bilməzdi.Heydər Əliyevin şəxsi həyatı,uşaqlıq,gənclik illəri ömrünün bütün dövrləri gərgin zəhmətlə keçib.Lakin,Ulu Öndər bu yolları,manelləri,şücaətlə dəf edərək yeni- yeni uğurlar əldə edir,öz məqsədinə əzmlə çatırdı.Rəhbərin həyatının
səhifələri qeyri-adi çoxlarına mümkün olmayan qəhrəmanlara xas olan hadisələrlə xarakterikdir. Ulu Öndərmiz hakimiyyətə gəldiyi andan ölkəmizin,xalqımızın rifahı üçün sayı hesabı olmayan
işlət həyata keçirib.Heydər Əliyevin fəaliyyəti nəticəsində həyatın elə bir sahəsi qalmadı ki,orada inkişaf tərəqqi müşahidə olunmasın.
Çiçəklənir Azərbaycan
Bu illərdə,bu illərdə.
Al bəzənib cümlə-cahan
Bu illərdə,bu illərdə.
Ölkəmizin iqtisadiyyatını yaxşılaşdırmaq üçün bir sıra konvensiyalar bağlanılıb.Sentiyabrın 20-
də “Əsrin Neft Kontraktı imzalanmışdı.”ARDNŞ 6 ölkənin 11 şirkəti ilə 30 il qüvvədə qalan müqavilə bağlanmışdır.Bundan başqa “Böyük İpək Yolu” layihəsində fəal iştirak etməklə Azərbaycanın regional logistik mərkəzi kimi rolunu dəyişmiş,sənaye müəssisələrinin inşası,təhsil,ocaqları o,cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdır. Ulu Öndərmiz həmişə söyləyirdi:”Ordu xalqın bir hissəsidir.O bilirdi ki, Azərbaycanın müstəqilliyini qorumaq üçün gənclərin döyüş ruhunu,vətənə sevgisini artırmaq lazımdır.Ordu quruculuğunda bu məktəbin rolu olduqca böyükdür.Bu gün vətən torpaqlarının azad
olunmasında Azərbaycan zabitlərinin 70%-dən çoxu hərbi lisseylərin yetirmələridir.Heydər
Əliyev gələcək nəsillərin savadlı kadrların hazırlanması gənclərin maarifləndirilməsini əsas tuturdu.Ulu Öndərmiz Azərbaycan gənclərinə xitabən deyirdi ki,sizin qarşınızda çox böyük yol var,yol hamar deyil,asfalt deyil,yol uzun yoldur,cürbəcür maneələrlə bağlı olan yoldur,o yolu hər biriniz keçməlisiniz.Bu yol müstəqil Azərbaycanın gələcəyi yoludur.Heydər Əliyev hər bir Azərbaycan gəncinin həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməli olduğunu daima vurğulayırdı.Gənclərmizin bir fərd əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi misilsiz xidmətləri var.Təkcə bir faktı qeyd edək ki,1970ci ildə H.Əliyevin təşəbbüsü ilə 1500dən artıq Azərbaycanlı gənclərin xaricdə təhsil almasını həyata keçirmişdir.Bir sözlə Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını,vətənini düşünmüşdür.O,həyatının son gününə kimi öz dövlətinin vətənpərvərliyi,müstəqilliyi azadlığı uğrunda çalışmışdır.Ulu Öndərin söylədiyi kimi:”Mən mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam”.Bunun son 10 ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib.Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına,dövlətçiliymizə,ölkəmizin iqtisadi,siyasi,mənəvi inkişafına xidmət olub sözləri bir ömrün hesabatıdır.! 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri gözlərini əbədi yumdu.Tarix zamanın sınaqlarında,dolaylarında yaranır.Zaman dəyişsədə tarix əbədidir.Bu dünyada yeni tarix yazan dahi insanda əbədi və ölməzdir.
Şairində söylədiyi kimi:
Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin..
Tarixi təcrübə təsdiqləyir ki,dövlət müstəqilliyinin qorunub saxlanılması onun
qazanılmasından daha ağır və çətin prosesdir.Elə məhz bu səbəbdəndə deyərdim ki,Heydər Əliyev ömrü nəinki,bir əsrə bir cihana sığmayan ömürdü.Bütün həyatını Azərbaycanın gələcəyinə sərf edən şəxaiyyət dövlətmizin qurucusu 44 günlük vətən müharibəsinin memarıdır.Bu gün ruhun şaddır xalqımın dahi şəxsiyyəti uğrunda bütün ömrünü qurban verdiyin vətən torpaqları bütöv və azaddır.!İsdərdim ki,inşamın sonunuda elə məhz Ulu Öndərmiz Heydər Əliyevin öz sözləri iləbitirim.”Mən həmişə fəxr etmişəm bu gündə fəxr edirəm ki,mən Azərbaycanlıyam”.
Alıyeva Aysun