Logo

Botanika İnstitutundan ordumuza dəstək

07.10.2020 17:08 451 baxış
IMG

Azərbaycan Ordusunun Ermənistanın işğalçı silahlı dəstələrinin təxribatına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhə boyu uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələr xalqımızda böyük ruh yüksəkliyi yaradır.

AMEA-nın Botanika İnstitutunun kollektivi Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək məqsədi ilə könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 5800 manat vəsait köçürüb.

İnstitutun direktoru, akademik Validə Alizadə bildirib ki, Azərbaycan Ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, indiki məqamda orduya hərtərəfli dəstəyi mənəvi borc hesab edirik və bu istiqamətdə əlimizdən gələni əsirgəməməliyik.

Xəbər lenti