Logo

"Ali təhsili olmayan adamları ciddi qəbul edə bilmirəm"

08.06.2023 15:55 607 baxış
IMG

"Ali təhsili olmayan adamları ciddi qəbul edə bilmirəm".

Tehsil.biz xəbər verir ki, bunu Kulis.az saytının baş redaktoru Ulucay Məmmədov (Ulucay Akif) feysbuk hesabında yazıb.

O, ali təhsil almayan adamlarla nəyinsə müzakirəsini, mübahisəsini etmədiyini qeyd edib.

"Çox xahiş edirəm, 

"diplom vacib deyil", "universitet oxumaq savadlı olmaq demək deyil" kimi cümlələr yazmayın.

Bu cür fikirləri də ancaq azərbaycanlılar deyə bilər.

Düzdür, diplomlu olmaq savadlı olmaq demək deyil, amma heç olmasa 200 bal toplayıb universitetə girə bilməmək savadsız olmaq deməkdir. Bunun başqa izahı yoxdur.

Azərbaycanda universitetə girmək üçün vurma cədvəlini, tabeli və tabesiz mürəkkəb cümlənin fərqini bilmək kifayətdir.

Adam 11 ildə bunları öyrənməyibsə, hələ repetiror yanına gedib, yenə universitetə qəbul ola bilməyibsə, mənlə nəyinsə müzakirəsini, mübahisəsini eləməyə çalışmasın", - deyə yazar bildirib.

Qeyd edək ki, Ulucay Akifin bu fikirləri izləyicilər arasında geniş müzakirələrə səbəb olub.

Kənan Nağıbəyli

Xəbər lenti