Logo

“Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim təşkil olunub

08.06.2023 18:03 191 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 8 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Statistikası Komitəsinin 75 nəfər əməkdaşı üçün “Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

Təlim zamanı DİM-in Təlimlər üzrə sektorunun əməkdaşı Miranə Rüstəmli iştirakçılara lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi, liderlik üslubları, rəhbəri effektiv edən vərdişlər, hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma,nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. məsələlər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına və ya (012) 3105316 (daxili 1221) nömrəsinə müraciət edə bilərlər.

Xəbər lenti