Logo

ABŞ-nin Mayami Universitetinin professoru BDU-da elmi seminar keçirəcək

08.06.2023 22:23 468 baxış
IMG

ABŞ-nin Mayami Universitetinin Geologiya, Ətraf Mühit və Yer Elmləri Departamentinin professoru Yıldırım Dilək iyunun 13-də saat 14.00-da Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Ofiolitlər və qlobal tektonika: zamanla okean yer qabığının formalaşmasında  tendensiyalar”  mövzusunda elmi seminar keçirəcək.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Yıdırım Dilək London Geologiya Cəmiyyətinin  və “Elsevier Science”, “Springer”, “Taylor&Francis Publisher” kimi nüfuzlu nəşriyyatlarda nəşr olunan yüksək impakt faktorlu  jurnalların həmredaktorudur. O, 30-dan artıq kitab və çoxcildli nəşrin redaktoru, 284 məqalənin müəllifi və həmmüəllifidir.

Xəbər lenti