Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Ağcabədi rayon məktəblərində interaktiv rəqəmsal tədris platformalarının adaptasiyası” layihəsinin bağlanış mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, layihə uğurla icra olunub.
Qeyd edək ki, layihənin məqsədi “Kahoot”, “Quizlet” və “Pear Deck” kimi interaktiv rəqəmsal tədris platformaları üzrə yeni bilik və bacarıqlar öyrətməklə müəllimlərin interaktiv tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal öyrənməni inkişaf etdirməkdir.