Logo

"Başqa niyyət güdənlər qarşılarında Azərbaycan-Türkiyə birliyini görəcəklər"

09.06.2023 12:56 273 baxış
IMG

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki dost, qardaş dövlətin qarşılıqlı münasibətlərinə hüquqi statusun verilməsidir.

Dünyada elə iki dövlət təsəvvür etmək mümkün deyil ki, onlar arasında bütün sahələrdə münasibətlər Azərbaycan-Türkiyə münasibətləri qədər səmimi və yaxın olsun. Bir- birilərinin sevincinə sevinən, kədərinə şərik olan, iki bədəndə bir can, bir ruh olan iki qardaş dövlətdir. Azərbaycan, Türkiyə. Qardaşlıq münasibətlərimiz tarixın sınaqlatından mərdliklə keçərək bu günkü səviyyəyə ucalıb.Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında imzalanmış bütün Müqavilələri xatırlamaqla onların mahiyyətini ümümiləşdirən və daha da üst səviyyəyə daşıyan hüquqi sənəd olmaqla yanaşı türk dünyasının birliyinə yol açan, Azərbaycan- Türkiyə birliyinin sarsılmaz olduğuna və heç bir qüvvənin münasibətlərimizə əngəl ola bilməyəcəyinin dünyaya mesajdır.

Şuşa Bəyannaməsinin müqəddiməsində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və müasir, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin fikirlərinə xitab edilməsi Azərbaycan- Türkiyə münasibətlərinin tarixi bağlarını və səviyyəsini göstərir. Şuşa Bəyannaməsinin mətnində qeyd olunan müddəalarla yanaşı, Bəyannamənin imzalandığı məkan və tarix böyük siyasi mahiyyət kəsb edir. Adından göründüyü kimi ikitərəfli münasibətləri müəyyənləşdirən, tarxi köklərə söykənən və gələcəyə hesablanmış bu Bəyannamə 30 ilə yaxın xarici havadarlarının dəstəyi ilə erməni işğalında qalmış,Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin qətiyyəti, Ali Baş Komandan olaraq onun yaratdığı Ordumuzun şücayəti, xalqımızı cənab Prezident İlham Əliyevin ətrafıda sıx birliyi və qardaş Türkiyə Respublikasının hərtərəfli dəstəyi ilə 8 noyabr 2020-ci ildə erməni əsarətindən xilas edilmiş Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şuşada imzalanması ermənilərə və dünya erməniliyinə açıq mesajdır ki, Şuşa Azərbaycanın olub və əbədi olaraq da belə qalacaq.

Başqa niyyət güdənlər qarşılarında Azərbaycan-Türkiyə birliyini görəcəklər. 44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə birliyinin nəyə qadir olduğunu ermənilərə də, dünya erməniliyinə də sübut etdi. Bəyannamənin məhz 15 iyun tarixində imzalanmasının da siyasi mahiyyəti vardır. Belə ki, Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi, əbədiyaşarlığı 15 iyun 1993-cü ildən başlanır. Dövlətçiliyimizin qorunması tarixi baxımından "Milli Qurtuluş Günü" kimi 15 iyunun müstəsna yeri vardır.

Şuşa Bəyannaməsinin 15 iyunda imzalanması ilə bu tarix bizim üÇün ikiqat bayram mənasını daşıyır. Birinci halda millətimizin və dövlətimizin xilası baxımından, ikinci halda Azərbaycan-Türkiyə münasibətlərinin rəsmiləşdirilməsi baxımından.

Şuşa Bəyannamısinin imzalanmasından keçən qısa müddətdə türk dünyasının əlaqələrinin dərinləşməsində müsbət irəliləyiş müşahidə edilməkdədir. Türkdilli dövlətlər anlayışının Türk Dövlətləri Birliyi ilə əvəzlənməsi Şuşa Bəyannaməsinin müddəalarının yüksək dəqiqliklə və qısa müddətdə icra olunmasının göstəricisidir.

Təlatümlərlə dolu olan yeni dünya dönəmində birliyimizə daha böyük ehtiyac duyulur. Birliyimiz təhlükəsizliyimizin təminatçısı olnaqla yanaşı xalqlarımızın gələcək həyatlannın firəvan olacağının təminatçısldır.

Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!

Azər Süleymanov

Xəbər lenti