Logo

AzMİU debatçıları İƏT Gənclər Debat Forumu üzrə keçirilən turnirin qalibi olublar

09.06.2023 15:22 381 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Debat klubunun komandaları İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Debat Forumu üzrə “Cəmiyyətdə multikultural dəyərlərin olması islamofobiyanın qarşısını alan əsas faktordur” mövzusunda keçirilən turnirdə iştirak ediblər.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, klubun “Heç bir ehtimal yoxdur” komandası turnirin qalibi, “Narahat olma” komandası isə finalçısı olub. “Heç bir ehtimal yoxdur” komandasında AzMİU tələbələri Kənan Yaqubov, Vüqar Məmmədov, Nofəl Məmmədli, “Narahat olma” komandasında isə Xəyal Hüseynli, Cahangir Yusifov və Məhəmməd Mehdiyev təmsil olunublar.

Qeyd edək ki, turnirdə Azərbaycan bölməsi üzrə 16, ingilis bölməsi üzrə isə 6 komanda olmaqla ümumilikdə 22 komanda mübarizə aparıb.

Xəbər lenti