"OCEP layihəsi 2019-cu ildən start götürüb".
Bunu "Tehsil.biz"ə Milli Olimpiya Komitəsinin OCEP layihəsi üzrə ekspert qrupunun sədri Cəfərov Namiq deyib.
O bildirib ki, 2019-cu ildən ölkəmizdə bu layihə üzrə 49 məktəb 49 ölkəni təmsil edib:
"Azərbaycanda hal-hazırda artıq 54 məktəb layihədə iştirak edir. Layihə üzrə hər bir məktəbə bir ölkə düşür və həmin ölkənin adət-ənənələrini, əsasən də olimpiya hərəkatını və idman uğurlarını nümayiş etdirir. Gələcəkdə də bu layihənin davamı olaraq məktəblərin sayının çoxalması ilə bağlı ideyalarımız vardır".
Kənan Nağıbəyli