Növbəti tədris ilində ali təhsil müəssisələrinə qəbul prosesində nəzərdə tutulan dövlət sifarişli yerlərin sayı 8 % artırılaraq 27 691 nəfərə çatdırılıb.
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziir Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, texniki və texnoloji ixtisaslar üzrə bu artım 14,3 % təşkil edir.
"Son 5 ildə ali təhsil pilləsi üzrə dövlət sifarişli yerlərin artımı 118 % olmuşdur. Başqa sözlə, ali təhsil müəssisələrinə qəbul olunan tələbələr üçün dövlət hesabına ödənişsiz təhsil almaq imkanı 2 dəfədən çox artırılmışdır", - Emin Əmrullayev qeyd edib.
Kənan Nağıbəyli