Logo

AzTU-nun prorektoru Türkiyədə beynəlxalq həftədə iştirak edib - FOTO

09.06.2023 18:53 385 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov Türkiyənin Uşak Universitetində beynəlxalq əməkdaşlıq həftəsində iştirak edib.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, artıq dördüncü ildir keçirilən tədbir bu il “Tədrisdə keyfiyyət təminatı və tədqiqat sahəsində əməkdaşlıq” mövzusuna həsr olunub.

15 ölkədən 65 nümayəndənin iştirak etdiyi beynəlxalq həftədə ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tədbir çərçivəsində AzTU-nun prorektoru Fariz Məmmədov universitet haqqında geniş  təqdimatla çıxış edib.

Xəbər lenti