İyunun 16-da AMEA-da “Elmi nəşrlərdə etik normalar” mövzusunda seminar keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.
Bildirilib ki, Mərkəzi Elmi Kitabxanada təşkil olunacaq seminarda AMEA-nın “Elm” nəşriyyatının direktoru, Avropa Elmi Redaktorlar Assosiasiyasının (EASE–The European Association of Science Editors) Azərbaycan bölməsinin sədri filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov çıxış edəcək.
Tədbirdə nəşrin etikası, tədqiqatın dürüstlüyü, elmi nəşrlərdəki etik pozuntular, əlyazmaların hazırlanmasında tədqiqatçılardan gözlənilən standartlar, müəllifliyə etik yanaşmalar, istinadlar barədə məlumat veriləcək, etik normaların qorunmasında müəlliflərin, redaktorların, rəyçilərin və naşirlərin öhdəlikləri izah ediləcək.
Mövzu ilə maraqlananlar seminarda iştirak edə bilərlər.