Logo

Azərbaycan qadınının mətbuata gəlişi - TARİX

10.06.2023 15:12 322 baxış
IMG

Azərbaycan qadınının mətbuata gəlişi XX əsrin əvəllərinə təsadüf edir.

Ötən əsrdə qadının mətbuat sahəsində olması o qədərdə asan deyildi.  O dövrdə bütün bu çətinliklərə sinə gərən və adını Azərbaycan tarixinə ilk Azərbaycan dili müəllimi və ilk qadın jurnalisti kimi yazdıran şəxsin adı Şəfiqə Əfəndiyevadır. 

Onun publisistik yazıları "Şərqi-rus”, "Açıq söz”, "Azərbaycan” qəzetlərinin, "Dəbistan”, "Məktəb”, "Dirilik”, "Şərq qadını” və başqa mətbuat orqanlarının səhifələrində dərc olunub.

H.B.Zərdabinin ömür-gün yoldaşı, görkəmli maarifçi Hənifə xanım Məlikova Şəfiqə xanımın Şərq aləmində əks-səda salan publisistik fəaliyyətinə yüksək qiymət verərək deyib: "Qadın təhsili məsələsində sən Həsən bəydən daha çox iş görə biləcəksən”. 

Şəfiqə Əfəndizadənin yazılarında Cümhuriyyət əsas mövzu olmuşdur. Onun 1919-cu ildə müstəqilliyimizin birinci ili ilə bağlı yazısından: "Mayın 28-də Azərbaycan istiqlalı sənaye-dövriyyəsi münasibətilə milli bayram təşkil olundu. O günün şərəfindən, təsirindən hər kəs şən, hər kəs məğrur idi”.

Bu gündə Azərbaycan mətbuatında Şəfiqə Əfəndizadə kimi milli ruhlu qadın qələm sahibləri az deyil.

Kənan Nağıbəyli

Xəbər lenti