Logo

UNEC-ə mənsub elmi əsərlərin xarici müəlliflik göstəriciləri açıqlanıb

10.06.2023 15:57 394 baxış
IMG

Bu ilin may ayı üzrə Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) nümayəndələrinin 39 elmi əsəri nüfuzlu elmi nəşr platformalarında indekslənib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, bu elmi əsərlərin 21-i xarici ali təhsil müəssisələrinin 66 tədqiqatçısının həmmüəllifliyi ilə yazılıb.

Müəlliflərdən 17-si Rusiya Federasiyası, 13-ü Çin Xalq Respublikası, 6-sı Türkiyə Respublikası, 6-sı Nepal Federativ Demokratik Respublikası, 5-i Malayziya Federasiyası, 5-i İtaliya Respublikası, 3-ü Böyük Britaniya Krallığı, 3-ü Almaniya Federativ Respublikası, 2-si Gürcüstan Respublikası, 2-si Misir Ərəb Respublikası, 2-si Qazaxıstan Respublikası, 2-si İran İslam Respublikası, 2-si Birləşmiş Ərəb Əmirlikləri, 1-i Yunanıstan Respublikası, 1-i Cənubi Afrika, 1-i Pakistan İslam Respublikasının ali təhsil müəssisələrinin təmsilçiləridir.

Xəbər lenti