Xəbər verdiyimiz kimi, iyunun 10-da Elm və Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil edib.
Tehsil.biz xəbər verir ki, keçilən monitorinq zamanı Neftçala rayon Boyat kənd tam orta məktəbinin direktoru Zərbəliyev Əziz 4-cü sinifdə təhsil alan şagirdini ayağı zədələnməsinə baxmayaraq qucağında imtahana gətirib.
Bununla da həmin şagird monitorinqdə iştirak edə bilib.
Kənan Nağıbəyli