Abşeron-Xızı Regional Təhsil İdarəsinə tabeli ümumi təhsil müəssisələrinin 4-cü siniflərində keçirilən monitorinqdə ümumillikdə 37 imtahan mərkəzində 14360 şagird iştirak edib.
Bu barədə "Tehsil.biz"ə idarədən bildirilib.
Qeyd olunub ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.