Logo

“Karyeranın planlaşdırılması” mövzusunda təlim təşkil edilib

10.06.2023 22:08 248 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Karyeranın planlaşdırılması” mövzusunda 2 saatlıq təlim təşkil edilib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, təlimdə Energetik Nazirliyinin 30 əməkdaşı iştirak edib.

Təlim zamanı iştirakçılara karyera ilə əlaqədar nəzəri və praktiki biliklər öyrədilib, onlara dövlət qulluqçularının karyera inkişaf planı izah edilib.

Eyni zamanda, əməkdaşlarla tətbiqi situasiya mühakimə testlərinin müzakirəsi aparılmış, müxtəlif iş situasiyaları ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilib.

Xəbər lenti