Logo

9 illik bazadan kolleclərə müsabiqə zamanı attestatdakı qiymətlər necə nəzərə alınır?

11.06.2023 13:00 421 baxış
IMG

9 illik təhsil bazasında kolleclərə müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.

Tehsil.biz xəbər verir ki, müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilərdən istifadə edilir. 

- attestatda "Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, "Xarici dil", "Riyaziyyat", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya","Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası; 

-qəbul (buraxılış) imtahanında ana dili fənni üzrə toplanılan balın miqdarı.

Qeyd edək ki, ümumi (9-illik) və tam (11 illik) orta  təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər kolleclərə ayrıca qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında ana dili, riyaziyyat  və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak edirlər. 

Həm cari, həm əvvəlki illərin məzunları ərizə qəbulunda iştirak etməlidirlər.

Kənan Nağıbəyli

Xəbər lenti