Rezidenturaya qəbul olmaq istəyən şəxslər üçün yaş məhdudiyyəti müəyyən edilməyib.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd olunub ki, ixtisas seçiminə görə namizədlərin özləri məsuliyyət daşıdığı üçün DİM tərəfindən tövsiyə xarakterli hər hansı metodiki vəsait hazırlanmır. Lakin “Rezidentura” jurnalının 3-cü sayında namizədlərə ixtisas seçimini necə etmək haqqında məsləhət xarakterli məqalə və ötən il üçün rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid ballarını özündə əks etdirən material dərc edilir.
Kənan Nağıbəyli