Logo

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının nəticəsini necə əldə etmək olar?

11.06.2023 18:18 416 baxış
IMG

İddiaçılara fəlsəfə doktoru imtahanı üzrə onun nəticəsini özündə əks etdirən və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada şəhadətnamə Mərkəz tərəfindən verilir.

Tehsil.biz xəbər verir ki, fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır.

Əlavə edək ki, xarici dil üzrə qəbul imtahanının nəticələrinə dair QR kodlu elektron arayışı DİM-in internet saytında aşağıdakı linkdən şəxsi kabinetin istifadəçi adı (FİN) və parolunu müvafiq sahələrə daxil etməklə əldə etmək mümkündür:

https://eservices.dim.gov.az/ERIZEDOK/ARAYIS/Account/Login?erizeid=ZiSo79IR1F4%3D

Xəbər lenti