Nazirlər Kabinetinin “2021-ci il üçün Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, mayın 13, 14-ü Ramazan bayramı, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən olunub.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab edilmir.