1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
Tehsil.biz xəbər verir ki, ali təhsil haqqında sənədi müvafiq qaydada təsdiq edilmiş şəxslər dövlət qulluğuna qəbul üzrə keçirilən imtahanlarda iştirak edə bilər.