Logo

"Ermənistanın 30 illik işğalı zamanı Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilib"

12.06.2023 09:48 345 baxış
IMG

"Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, xalqımızın mədəni irsinə də ağır zərbə vurub".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib.

Sektor müdiri bildirib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində şəhər və kəndlərin infrastrukturunu tamamilə məhv edib:

"İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilib. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində parlaq Qələbə qazandı. Bununla da doğma torpaqlarımızdan didərgin düşmüş keçmiş məcburi köçkünlər öz yurdlarına qayıtmağa başlayıblar".

H.Mikayıllı qeyd edib ki, Azərbaycan ərazilərimizin minalarla çirklənməsi səviyyəsinə görə dünyada ilk on ölkədən biridir:

"İşğal dövründə Ermənistan tərəfindən həmin ərazilərdə 1 milyondan çox mina basdırılıb. Bu gün azad edilən ərazilərdəki dağıntılar və minalar ölkəmizin qarşılaşdığı ən böyük problemlərdir. İşğaldan azad olunan ərazilərdə hazırda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin görülür, avtomobil və dəmir yollarının çəkilir, bərpa edilən və yenidən qurulan su elektrik stansiyalarının fəaliyyət göstərilir, yeni hava limanlarının reysləri qəbul edir və ümumiyyətlə dağıdılmış şəhər və kəndlər dirçəldilib".

Kənan Nağıbəyli

Xəbər lenti