"Azərbaycanda müasir ali təhsil sistemi yoxdur".
Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti İlham Əhmədov deyib.
Ekspert buna səbəb müasir əmək bazarının olmamasını bildirib:
"Əmək bazarının savadlı kadra təlabatı yoxdursa, nə universitet, nə də tələbə keyfiyyət axtaracaq. Təhsil və iqtisadiyyat bir-birinə çox bağlıdır, biri batanda digərini də özü ilə aşağı dartır və ya əksinə. Belə şəraitdə rəqəmsal iqtisadiyyat, 4-cü sənaye inqilabı mümkündürmü? Mükəmməl elm və təhsili, güclü insan kapitalı olmayan məmləkətdə yalnız xammal əsaslı iqtisadiyyat olar, xammal tükənənə qədər".
Mərcanə Əsədova