Logo

"Pillə 2” festivalında iştirak edən BDU tələbələri sertifikata layiq görülüblər - FOTO

12.06.2023 19:08 353 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin “Yarımçıq qalmış” tamaşası “Pillə 2” tələbə tamaşaları festivalında iştirak edib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət-yaradıcılıq Mərkəzinin əməkdaşı Vahid Orucoğlunun quruluşçu rejissorluğu, BDU tələbələrinin iştirakı ilə səhnələşdirilən tamaşa peşəkar teatrşünaslar, tənqidçilərin iştirakı və münsifliyi ilə qiymətləndirilib. Tamaşanı ifa edən tələbələr festivalda iştiraklarına görə sertifikatlarla təltif olunublar.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Pillə 2” tələbə tamaşaları festivalında iştirak etmiş tələbələrlə görüşüb, onları yaradıcılıq uğurları arzulayıb.

Xəbər lenti