Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva Botanika İnstitutunun Kürdəmir rayonunun ərazisində yerləşən Karrar Təcrübə Dayaq Məntəqəsində olub.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, Karrar Təcrübə Dayaq məntəqəsinin müdiri Nəriman Orucov görülən işlər barədə məlumat verib.
Məntəqənin inzibati binasında yeni laboratoriyanın yaradılmasına start verilib. Dərman və texniki bitkilərin əkin sahələrində aparılan işlər müzakirə edilib.
Direktor mərkəzin əməkdaşları ilə görüşüb, məhsul yığımı və əkin sahələrinin cari vəziyyətini müşahidə edib, müvafiq tapşırıqlar verib.