Logo

Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbinin tələbələri üçün master-klass keçdi

12.03.2021 17:06 683 baxış
IMG

Bakı Ali Neft Məktəbinin MBA proqramının tələbələri üçün bp şirkətinin Yaxın Şərq və Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin iştirakı ilə “Regionun enerji geosiyasəti" mövzusunda master-klass təşkil olunub.

 

Görüş “Zoom” platforması üzərindən təşkil olunub. Master-klass zamanı Bəxtiyar Aslanbəyli regionun enerji geosiyasəti, Azərbaycanda neft sənayesinin tarixi, bp-nin ölkəmizdəki fəaliyyəti, enerji fəaliyyətində rolu barədə ətraflı təqdimatla çıxış edib. O bildirib ki, təmsil etdiyi şirkət Azərbaycanda 26 ildir ki, ölkənin uzunmüddətli etibarlı tərəfdaşı olaraq ölkənin və bölgənin iqtisadi böyüməsinə əhəmiyyətli dərəcədə töhfə verir. Eyni zamanda, nəhəng qlobal təcrübəyə və ən yaxşı sinif texnologiyasına malik ölkədəki ən böyük xarici investordur. O həmçinin qeyd edib ki, bp sektorun ən yüksək təhlükəsizlik və ətraf mühit standartlarına cavabdeh və səmərəli fəaliyyət göstərən Xəzərdəki aparıcı operatordur.

 

Master-klass sual-cavab sessiyası ilə başa çatıb.

Xəbər lenti