Məktəbəhazırlıq təhsilinə cəlb olunmuş uşaqlar cəlb olunmayanlarla müqayisədə daha yüksək akademik göstəricilər əldə edir.
Tehsil.biz xəbər verir ki, məktəbəhazırlığı keçən uşaqlar digərləri ilə müqayisədə Ana dili və riyaziyyat imtahanlarında daha yaxşı nəticə göstərirlər.
Məktəbəhazırlıq təhsili uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabiliyyətini, eləcə də kommunikativ, oyun və digər bacarıqlarını inkişaf etdirir.