TIMSS - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı (Trends in International Mathematics and Science Study) olub, Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for the Evaluation of Educational Achievement) tərəfindən həyata keçirilən 4-cü və 8-ci sinif şagirdlərinin riyaziyyat və elmi biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır.
Tehsil.biz xəbər verir ki, Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (Programme for International Student Assessment) olan PISA tədqiqatı isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunaraq, 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını yoxlayır.