Bəzi uşaqlar məktəbə avtobusla getmək məcburiyyətində olduğundan şikayət edə bilər, amma zip xətti haqqında nə demək olar?
Kolumbiya geniş biomüxtəlifliyi və mədəni zənginliyi sayəsində turistləri cəlb edən ölkələrdən biridir. Buna görə də Kolumbiya ilə bağlı hər şey turistlər tərəfindən maraq doğurur.
Cənubi Amerikanın şimal-qərb hissəsində yerləşən Kolumbiya 33 şəhərdən ibarətdir. Yerli Amerika qəbilələrinin məskunlaşdığı bölgə ilk dəfə ispanlar tərəfindən işğal edildi. Koloniyadan təngə gələn yerli əhali bir müddət sonra üsyana qalxdı və ölkə 1819-cu ildə müstəqilliyini əldə etdi. Bu ölkədə təhsilə böyük önəm verilir. Valideynlər çalışırlar ki, övladları oxusunlar və ali məktəb təhsili alsınlar. Lakin bəzən coğrafi problemlər uşaqları məktəbdən kənar qoyur. Bəzi bölgələrdə uşaqlar məktəbə gedə bilmirlər.
Kolumbiyanın kiçik bir kəndində yaşayan uşaqların məktəbə gediş-gəliş etmək üçün yalnız iki seçimi var. Onlar ya kanyondan keçmək üçün dağın kənarı ilə iki saatlıq bir gəzinti etməlidirlər ya da kəndirlə sürüşərək məktəbə çata bilərlər. Bir çox uşaqlar və böyüklər zip xəttini seçirlər, çünki bu, nisbətən asandır və vaxta qənaət edir.
Uşaqları məktəbə aparan. Bu nəqliyyat növü ağacların üzərindən keçir. Yerli sakinlər bu nəqliyyat növü vasitəsi ilə həmdə əsrarəngiz Kolumbiya təbiətini seyr etdiklərini qeyd edirlər. Səyahət zamanı zip xəttindəki uşaqlar kanyonun üstündən və şəhərə doğru hərəkət edərkən 55 km/saat sürətə məkana çatırlar. Bu, təkcə kənddəki insanların əsas nəqliyyat vasitəsi deyil.
Yerli sakinlər başqa yeni nəqliyyat vasitələri də hazırlayıblar. Bura gələn yerli turistlər də bu xətlərdən istifadə edirlər. Səyahəti özləri edə bilməyən kiçik uşaqlar üçün ya bacıları, ya da valideynləri onları bir çuvalın içinə qoyub bu vasitə ilə məktəbə çatdırırlar.
Kənan Nağıbəyli