Logo

Buraxılışda zəif nəticə göstərən cari ilin məzunları qəbul imtahanında iştirak edə bilər?

13.06.2023 11:43 984 baxış
IMG

Buraxılış imtahanında aşağı nəticə göstərən cari ilin məzunları I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edə bilirlər.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aabituriyentlər buraxılış imtahanından (əvvəlki illərin məzunları qəbul imtahanının birinci mərhələsindən) topladıqları baldan asılı olmayaraq, qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilərlər.

Mərcanə Əsədova

Xəbər lenti