Logo

Emin Əmrullayevin bu cavabı gündəm oldu - FOTO

13.06.2023 18:10 3522 baxış
IMG

Azərbaycan dilinin orfoqrafiyası ilə bağlı paylaşımlar edən “Grammar Azi” səhifəsi elm və təhsil naziri Emin Əmrullayevin paylaşımında xəta aşkar edib.

Tehsil.biz xəbər verir ki, nazirin "Grammar Azi"yə verdiyi cavab maraqlı alınıb.

Belə ki, nazir  paylaşımında basketbol üzrə Bakı klubunun zəfərindən bəhs edib.

“Neftçiyə zəfər yaraşır!
Şuşaya zəfər yaraşır!
Azərbaycana zəfər yaraşır!!!
Doğma Neftçini əziz Şuşada qələbə münasibətilə təbrik edirəm!!!” – deyə E. Əmrullayev bildirib.

"Grammar Azi" səhifəsi elm və təhsil nazirinin paylaşımına ““Neftçi” dırnaqda yazılmalıdır” deyə irad bildirib. Emin Əmrullayev isə həmin rəyə “bu, işin asan tərəfidir, çətin hissəsini “Neftçi” gördü”” cavabını yazıb.

Xəbər lenti