Logo

TKTA əməliyyatçı mühasiblərə dövlət nümunəli sənəd təqdim edib

13.06.2023 18:23 315 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən formal təhsilə çıxış imkanı olmayan vətəndaşların əməliyyatçı mühasib peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi başa çatıb.

Bu barədə "Tehsil.biz"ə agentlikdən məlumat verilib.

Bildirilib ki, bu münasibətlə keçirilən təltifolunma mərasimində agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb. O, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikatın həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacağını qeyd edib.

Sonda imtahanlardan yüksək nəticə əldə edən ərizəçilərə müvafiq modullar üzrə sertifikatlar təqdim olunub.

Xəbər lenti