Logo

"Rəqəmsal bacarıqlar” layihəsi 300 mindən çox şagirdi əhatə edib

13.06.2023 18:40 315 baxış
IMG

2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 48 region üzrə 418 məktəbdə 300 mindən çox şagirdi əhatə edib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2022-2023-cü tədris ilindən etibarən 23 məktəbdə rəqəmsal bacarıqlar təmayüllü siniflər yaradılıb. Həmin siniflərdə 700-dən çox şagird təhsil alıb və onlara həftədə 5 saat olmaqla informatika fənni tədris edilməyə başlanılıb.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində bu layihə 250 məktəbdə 190 mindən çox şagirdi əhatə edib.

Xəbər lenti