Logo

Nazir Qazaxda vətəndaşlarla görüşəcək

13.06.2023 19:40 428 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 19-da Qazax rayonunda vətəndaşlarla görüşəcək.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy sakinləri iştirak edə bilərlər. Həmin rayonların sakinləri iyunun 14-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

Xəbər lenti