Logo

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

12.03.2021 21:02 658 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin psixoloqları ilə onlayn görüş keçirilib.

 

Onlayn görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin və Təlimə Dəstək Mərkəzinin (TDM) müvafiq struktur bölmə rəhbərləri və ümumi təhsil məktəblərinin psixoloqları iştirak ediblər.

 

Görüşdə BŞTİ müdiri Mehriban Vəliyeva ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə məlumat verib. İdarə müdiri çıxışı zamanı məktəb psixoloqlarının fəaliyyət göstərdiyi təhsil müəssisələrində şagirdlərə lazımi psixoloji dəstək göstərmələrinin vacibliyini vurğulayıb.

 

M.Vəliyeva nə qədər az təsadüf olunsa da risk qrupuna daxil olan uşaqlarla bağlı məsələlərin gündəmə gətirilməsi və bu istiqamətdə qabaqlayıcı işlərin görülməsi barədə tövsiyələr verib.

 

Görüş zamanı TDM-in psixoloqu Səidə Əhmədova "Yaş dövrü və aparıcı fəaliyyət növü" mövzusunda təqdimatla çıxış edib. Həmçinin o, psixoloqlara uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim və valideynlərlə qarşılıqlı əməkdaşlıq etmək və profilaktik psixoloji tədbirlər təşkil etmək barədə məsləhət verib.

 

Görüşdə məktəb psixoloqlarını düşündürən məsələlər haqqında danışılıb və qarşılıqlı müzakirələr aparılıb.

Xəbər lenti