Logo

BANM müəllimləri Türkiyənin Marmara Universitetində olublar - FOTO

14.06.2023 11:47 386 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM)  İngilis dili və Humanitar fənlər Mərkəzinin baş müəllimi Validə Rzaquliyeva, Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Aidə Soltanova və Kimya mühəndisliyi kafedrasının istehsalat təlimi ustası Fidan Qədimalıyeva Erasmus+ KA171 layihəsi çərçivəsində BANM və Türkiyənin Marmara Universitetinin birgə əməkdaşlığı nəticəsində bu ali təhsil müəssisəsində olublar.

Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.

Səfər çərçivəsində BANM-in müəllimləri Marmara Universitetinin Mühəndislik kafedrasının laboratoriyalarını gəzib, aparılan cari elmi işlər, dərsliklər, tədqiqat və innovasiya mövzuları ilə tanış olub və seminarlarda iştirak ediblər.

Xəbər lenti