"Tədris ilimizə Ağalı kənd tam orta məktəbində ilk zənglə başladıq. Ardınca isə Talış və Suqovuşan kənd tam orta məktəbləri istifadəyə verildi".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, bu gün Azərbaycanın bütün bölgələrində yerləşən ümumi təhsil müəssisələrində “Son zəng” çalınır:
"Bu əlamətdar gündə Naxçıvanda ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbdən ölkə üzrə məzun olan 98 649 şagirdimizin hər birini təbrik edir, gələcək həyatlarında uğurlar arzulayıram. Gününüz mübarək, əziz məzunlar!"
Mərcanə Əsədova