Əgər namizəd Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil alıbsa, bu zaman barəsində dövlət qulluğuna qəbulla bağlı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsi (müsabiqə və müsahibə) tətbiq edilmir.
Tehsil.biz xəbər verir ki, bu şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək tələb olunan sənədləri təqdim etməlidir.
Sənədlər təqdim edildikdən sonra həmin şəxslər 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri tərəfindən həmin şəxslər stajçı kimi qulluğa qəbul olunmalı və vakant dövlət qulluğu vəzifəsinə təyin edilməlidir. Qeyd olunan proqram çərçivəsində deyil digər əsaslarla xaricdə təhsil almış şəxslər müsabiqə əsasında dövlət qulluğuna qəbul edilə bilərlər.
Kənan Nağıbəyli