Logo

Ötən ilin nəticəsi ilə 2023-cü ildə imtahan vermədən kolleclərin müsabiqəsində iştirak etmək olar?

14.06.2023 17:04 248 baxış
IMG

IX və XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur.

Tehsil.biz xəbər verir ki, 2022-ci ildə buraxılış imtahanında iştirak etmiş və müvafiq müsabiqə şərtini ödəmiş abituriyentlər 2023-cü ildə imtahan vermədən kolleclərin müsabiqəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəyinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər.

Bu zaman onlar müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər. Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər.

Kənan Nağıbəyli

Xəbər lenti