Logo

ABŞ-da məktəb proqramından Nyutonun adı çıxarılıb

13.03.2021 11:15 669 baxış
IMG

Nyu-Yorkda özəl məktəblərin birində “Nyutonun qanunları”nda alimin adının çəkilməsi dayandırılıb. Səbəb elm adamının dərisinin rəngidir.

 

Bu barədə “City Journal” xəbər yayıb.

 

Bildirilir ki, məktəb bu yolla irqçilik və ağ irqin üstünlüyünə qarşı mübarizəsini göstərir.

 

“Artıq onları “Nyuton qanunları” yox, “Fizikanın üç əsas qanunu” adlandırırıq. Bunlar (məktəb rəhbərliyi – red.) deyirlər ki, “ağlığı desentralizasiyadan çıxarmalıyıq”, - deyə lisey şagirdlərindən biri nəşrə verdiyi müsahibədə bildirib.

 

Onun sözlərinə görə, bu yolla uşaqlara fizikada Nyutondan daha çox şeyin olduğu fikrini aşılamaq istəyirlər.

Xəbər lenti