Logo

Doktorantura vә dissertanturada xarici dil üzrә qəbul və ya fəlsəfə doktoru imtahanına qeydiyyat QAYDASI

14.06.2023 20:53 781 baxış
IMG

Elektron ərizə ilə iş üçün namizəd ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalı və həmin kabinetin pul hesabına tələb olunan pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidir.

Tehsil.biz xəbər verir ki, namizəd yalnız “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə doldurub onu təsdiqləyə bilər.

Namizəd https://eservices.dim.gov.az/erizedok/erize internet səhifəsinə daxil olur, login bölməsində “Şəxsi kabinet”inin istifadəçi adını və parolu müvafiq sahələrə daxil edib “Daxil ol” düyməsini basır.

Elektron ərizə forması şəxsi məlumatlar, təhsil haqqında məlumatlar və imtahan məlumatları təsvir edilən bölmələrdən ibarətdir.

“Şəxsi məlumatlar” bölməsində namizəd heç bir dəyişiklik edə bilməz (bu məlumatları yalnız “Şəxsi kabinet”də dəyişmək olar). Bu bölmədə yalnız elektron poçt ünvanını qeyd edilməlidir.

“Təhsil haqqında məlumatlar” bölməsində namizəd magistratura səviyyəsində, yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim‐mütəxəssis) təhsili haqqında məlumatları müvafiq bölmələrdə qeyd etməlidir. Magistratura (tibbi təhsildə həkim‐mütəxəssis) təhsilini Azərbaycan Respublikasında bitirən namizədlər haqqında məlumatlar Tələbə-Məzun Dövlət İnformasiya Sistemində (TMMS) olmalıdır. Bu bölmədəki “TMMS” düyməsini sıxmaqla həmin məlumatları görmək olar. Əgər namizədin təhsili haqqında məlumatlar TMMS‐də aşkar edilməsə, namizəd müvafiq bölmədə diplomun sürətini yükləməlidir. Yalnız bundan sonra namizəd ərizəsini təsdiq edə bilər. Etibarsız sənəd sistemə yüklənməsi aşkar edildikdə ərizənin təsdiqi ləğv edilir.

“İmtahan məlumatları” bölməsində namizədin imtahan verəcəyi bölmə, imtahan verəcəyi xarici dil və xarici dil sertifikatı haqqında məlumatlar əks edilir. Əgər namizədin imtahan verəcəyi xarici dil üzrə qüvvədə olan (tələblərə uyğun) sertifikatı varsa, onun haqqında məlumatı xarici dil sertifikatı sahəsində qeyd etməlidir. Xarici dil sertifikatı DİM tərəfindən yoxlanıldıqdan sonra namizəd ərizəsini təsdiq edə bilər.

Diqqət! Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin və sertifikatlarının əslini və surətini əvvəlcədən elan olunan tarixlərdə DİM-də yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər. İmtahana yalnız ərizəsi təsdiq edilən namizədlər buraxılacaqlar.

Kənan Nağıbəyli

Xəbər lenti