Logo

Tarix Muzeyinin əməkdaşının Ulu Öndərə həsr etdiyi məqaləsi ərəb KİV-lərində yayımlanıb

14.06.2023 22:53 310 baxış
IMG

Misir, Suriya, İraq və Əlcəzair KİV-lərində Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, tarix elmləri doktoru Nərgiz Əliyevanın xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə yazdığı “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı məqaləsi yayımlanıb.

Tehsil.biz xəbər verir ki, “Əl-aləm əl-arabi”, “Əl-Hərir”, “Agnaden” və s. mətbuat orqanlarında yayılan məqalədə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin sayəsində ölkəmizin bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də inkişafa nail olunduğu qeyd edilir. Diqqətə çatdırılır ki, məhz Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində respublikamızda mədəniyyət sahələrində, o cümlədən muzey işində tərəqqi baş verib, mütəxəssis kadrlar yetişib. Ölkəmizdə və xaricdə görkəmli ədib və şairlərimizin təbliğinə diqqət yetirib, sovet illərində Nizami Gəncəvinin, Məhəmməd Füzulinin yubileylərinin təntənəli şəkildə ölkəmizdə qeyd olunmasına nail olub. Məqalədə bildirilir ki, hazırda bu nəcib işi Prezident İlham Əliyev uğurla yerinə yetirir. Həmçinin müəllif məqalədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın xalqımızın mənəvi-mədəni dəyərlərinin qorunmasında və təbliğində göstərdiyi xidmətləri barədə də məlumat verib.

Xəbər lenti