Logo

“İnklüziv təhsil” adlı tədbir təşkil edilib - FOTO

15.06.2023 00:33 505 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Məktəblinin Dostu layihəsi çərçivəsində Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbin və  Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən “İnklüziv Mərkəzin” birgə əməkdaşlığı ilə “İnklüziv təhsil” adlı tədbir təşkil edilmişdir.

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi, İnklüziv Mərkəzin təlimçisi, pedaqogika üzrə fəlsəfə doktoru Səbinə Rüstəmova və Azərbaycan  Dillər Universitetinin I kurs magistrantı Gülüzə Mehdiyeva çıxış etmişdirlər.

Tədbirdə İnklüziv təhsilin tarixi, inkişaf yolları və inklüziv təhsilin təşkili ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Xəbər lenti