Semestr (yarımil) üçün kredtin məbləği hər tədris ili üçün ayrı-ayrı təhsil səviyyələri, ayrı-ayrı təhsil müəssisələri və ayrı-ayrı ixtisaslar üzrə tələbə qəbuluna dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş illik təhsilhaqqının yarısı miqdarında müəyyən edilir.
Tehsil.biz xəbər verir ki, məsələn, sosial Təhsil Tələbə Krediti (TTK) üzrə illik təhsilhaqqı
2000 manatdırsa, semestr üçün TTK 1000 manat olacaqdır.
Standart TTK üzrə isə bu məbləğ birinci semestr 600 manat (2000/2-2000*20%), ikinci semestr isə 1000 manat olacaqdır. Sosial TTK almaq hüququ olan tələbənin ödədiyi təhsil haqqı tam məbləğdə və standart TTK almaq hüququ olan tələbənin ödədiyi təhsilhaqqı məbləğinin isə illik təhsil
haqqının 20 faizindən çox olan hissəsi TTK verilən zaman nəzərə alınmayacaqdır və bu
vəsait təhsil müəssisəsi tərəfindən tələbəyə geri qaytarılmalıdır.