Logo

Azərbaycan və Türkiyə dostluğu tarixi köklərə malikdir

15.06.2023 11:10 517 baxış
IMG

Azərbaycan və Türkiyə müttəfiqliyi 2020ci ildə bütün dünyaya qardaşlıq nümunəsi göstərdi.

2020-ci ildə Azərbaycanın haqq işində qardaş Türkiyə həm diplomatik müstəvidə, həm də mənəvi olaraq yanımızda olduğunu hər an hiss etdirdi. İki ölkə arasında 1921-ci il tarixli Qars müqaviləsi, 9 fevral 1994-cü il tarixli "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə", 2010-cu ildə imzalanmış "Strateji Tərəfdaşlıq və Yardım" haqqında müqavilə tarixən mövcud olmuş müttəfiqliyin nümunəsidir.

Beynəlxalq siyasi vəziyyətin günü-gündən kəskinləşməsi  iki dost və qardaş ölkəni  siyasi, hərbi-iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrində birgə fəaliyyət göstərməyə sövq edib.  Bütün bunlar 2021-ci il 15 iyun tarixində işğaldan azad edilmiş Şuşa Şəhərində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev  və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında "Şuşa Bəyannaməsi"nin imzalanması ilə nəticələndi. Bu tarixi sənəd uzun müddətdir davam edən ölkələrimizin əməkdaşlığına hüquqi status verdi. Müqavilədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" ifadələrinin işlədilməsi iki ölkənin tarixi müttəfiqliyinə işarə idi.

Müqaviləyə qol çəkərkən tərəflər müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər. Müdafiə, Ticarət, Iqtisadiyyat, Nəqliyyat dəhlizləri ,təhsil,elm mədəniyyət və.s barədə bağlanmış müqavilələr iki ölkənin inkşafında mühim töhfə olacaq. "Şuşa Bəyannaməsi"ndə Milli Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin vurğulanması Beynəlxalq Siyasi Sistemdə Tarixi nailiyyətdir. Çünki artıq Azərbaycan və Türkiyə hərbi sənayesi birgə inkşaf etdiriləcək ,hər hansı birinə hərbi müdaxilə olacağı təqdirdə tərəflər hərəkətə keçəcəklər.

Ümumiyyətlə "Şuşa Bəyannaməsi" nəyinki Azərbaycan və  Türkiyə adına, bütün Türk dünyası adına böyük nailiyyətdir. Region ölkələrin, o, cümlədən Türk dünyası ölkələrinin gələcək siyasi, iqtisadi, mədəni, sosial əlaqələrində "Şuşa Bəyannaməsi"nin tarixi rolu daim vurğulanacaq!

Ramil Mehdili
ADPU-nun Tarix və Coğrafiya fakültəsinin tələbəsi

Xəbər lenti