Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Bakı Ali Neft Məktəbini (BANM) ziyarət edib.
Tehsil.biz xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov sosial şəbəkədəki hesabında yazıb.
Rektorla görüş zamanı, səfir hər il 2 pakistanlı tələbənin BANM-ın hesabına Ali Məktəbdə təhsil almaq arzusunu bildirib.
“Böyük məmnuniyyətlə, bu arzu yerinə yetirildi. Qardaş Pakistandan gələcək tələbələrə təhsil vermək bizim üçün böyük şərəfdir. O dövlət ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan 3 ölkədən biridir, Ermənistanı bir dövlət kimi tanımır, Azərbaycanı 30 il ərzində birmənalı olaraq, bütün beynəlxalq səviyyələrdə müdafiə edir, Vətən müharibəsində qardaş Türkiyə ilə birlikdə Azərbaycanın yanında oldu.
Biz qardaşımız Pakistana hər zaman borcluyuq! Bunu heç bir zaman unutmamalıyıq!”-deyə Elmar Qasımov yazıb.